"Aşkı memnu"nun məşhur aktyorundan ÜZÜCÜ XƏBƏR: Ciyərlərinə su yığıldı
Tarix: 10-12-2018, 16:57



"Aşk-ı memnu" serialının aktyoru Recep Aktuğ xəstəxanaya yerləşdirilib.

UlduzumSan.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun belində olan sümüklərdən ikisi qırılıb. Bunun nəticəsində də Aktuğun ciyərlərinə su yığılıb.

Recep bu barədə özü açıqlama verib:

"Xəstəxanaya gəldim və bu barədə heç kimə demədim. Sağlam vaxtımda gəlməyən iş təklifləri indi gəldi. Necə də gülməlidir".
"Aşkı memnu"nun məşhur aktyorundan ÜZÜCÜ XƏBƏR: Ciyərlərinə su yığıldı - FOTO

Paylaş: