Aktyor Tural Ağayev rejissor Zanussinin filmində oynayacaq
Tarix: 14-08-2017, 10:42


Bakı Bələdiyyə Teatrının aktyoru Tural Ağayev Polşalı rejissor Kşiştov Zanussi tərəfindən filmə dəvət alıb. 
Ulduzumsan.Az-ın "Olaylar"a istinadən verdiyi məlumata görə bu haqda aktyor sosial şəbəkə hesabından məlumat verib.
 
Aktyorun sözlərinə rejissor onu Polşaya səfər zamanı nümayiş olunacaq tamaşanın son məşqində görüb və filminə dəvət edib. Tural Ağayev Kşiştov Zanussinin "Enter" filmində rol aldığını qeyd edib. Bu uğuruna görə Bələdiyyə Teatrının direktoru Amaliya Pənahovaya minnətdar olan aktyor bunları qeyd edib: "Burada olmağımın başlıca səbəbkarı Amaliya Pənahovadır. Çünki, o tamaşada mən olmasaydım, Zanussini tanımayacaqdım və əlbətdə ki,bu filmdə olmayacaqdım. Çox sağ olun Amaliya xanım!!! Siz həmişə öz aktyorlarınıza dəyər verirsiniz. Buna görə VAR OLUN!!!"

Paylaş: