Azərbaycanlı qız bədəninin gözəlliyi ilə türkiyəliləri valeh edib
Tarix: 6-12-2018, 09:48



Best Model of Azerbaijan gözəllik yarışının qalibi Cəmilə Qoluboviç gözəl bədən quruluşu ilə türkləri heyran edib. O, öz bədəninin gözəlliyini İstanbulda keçirilən Best Model of The World 2018 yarışı çərçivəsində çəkdirdiyi fotosessiya vasitəsilə nümayiş etdirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Qoluboviç həmin fotolarını Instagram sosial şəbəkəsindəki səhifəsində yerləşdirib. O, həmin şəkillərdə çimərlik geyimində olub.
Qoluboviç digər ölkələrdən olan həmkarlarından fərqli olaraq, bədəninin gözəlliyini utanmadan nümayiş etdirib. Onun bu cəhəti təşkilatçıların diqqətini daha çox cəlb eləyib. Azərbaycanlı gözəl hesab edir ki, layihədə birinci yeri əldə edə biləcək, çünki bunun üçün yaxşı hazırlaşıb.
Qeyd edək ki, hazırda İstanbulda keçirilən Best Model of The World 2018 yarışının finalında Azərbaycanı Şakir Əhmədzadə və Cəmilə Qoluboviç təmsil edir. Qaliblərin adı dekabrın 8-də elan ediləcək.
Cəmilə Qoluboviç bir çox müsabiqələrin, moda nümayişlərinin və fotolayihələrin iştirakçısı olub.


Paylaş: