"Bir ona deyən yoxdur ki, sənin kişiliyin olsaydı, arvadın pis yola getməzdi..."
Tarix: 6-12-2018, 09:31



Ərinə xəyanət etdiyi iddiası ilə saçı qırxılan və bu görüntüləri sosial şəbəkəyə yayılan qadınla bağlı yeni detallar ortaya çıxdıqca cəmiyyətdə qəzəb və nifrət dalğası daha da genişlənir.


Moderator.az-ın əməkdaşı "Şəriətdə xəyanət edən qadınla bağlı hansı cəzanın nəzərdə tutulduğu hər kəsə bəllidir. Sizcə bu kimi hallarda, yəni xəyanət edən qadınla bağlı hansı cəza tədbirləri daha ədalətli və adekvat olardı" sualına tanınmış publisist, nasir Xeyrəddin Qocadan aşağıdakı cavabı alıb:

"Söhbət şəriətə xəyanətdən getmir, bir qadının ərinə xəyanətindən gedir! Bunun üçün məhkəmə var, boşanmaq var! Bu hadisədə isə ərin və onun ailə üzvlərinin vəhşilikləri qadının xəyanətindən qat-qat bağışlanmazdır! Belə insanlara, belə ailəyə qız vermək bağışlanmazdır! Siz özünü "kişi" adlandırana baxın ki, arvadına gücünü nümayiş etdirir! Şərəfsizliyə baxın ki, arvadının başını qırxır, onun dərisində siqaret söndürür, sonra da bu alçaqlığı sosial mediada paylaşır! Bir ona deyən yoxdur ki, sənin kişiliyin olsaydı, arvadın pis yola getməzdi! Lakin bu o demək deyildir ki, qadın haqlıdır. Xeyr, belə xəyanətlər qadınlara bağışlanmır! Yuxarıda dediyim kimi, hüquq var, məhkəmə var! Kimin kimə gücü çatır, başına min oyun gətirməməlidir! O qadının ailəsi bu hadisəyə necə dözür, bilmirəm! Nəhayət qadınlar belə kişiciklərlə uzun müddət necə yaşayırlar, onu da bilmirəm!"

Paylaş: