Türkiyəli aktrisa zəhərləndi - Xəstəxanaya yerləşdirildi
Tarix: 5-12-2018, 17:59



Türkiyənin tanınmış aktrisası Sumru Yavrucukdan sevənlərinə üzücü xəbər gəlib.
Open.az xəbər verir ki, Marmaris teatrında çalışan aktrisa su əvəzinə kimyəvi içki içib.
Bunun nəticəsində zəhərlənən Sumru təcili xəstəxanaya yerləşdirilib.
Kəskin mədə ağrısından şikayətçi olan aktrisanın səhhəti yaxşılaşmağa doğru gedir.
Hazırda Sumru xəstəxanada həkim nəzarətindədir.

Paylaş: