Fahriye Evcendən yeni paylaşım və qərarlar
Tarix: 5-12-2018, 16:25



Həyat yoldaşı Burak Özçivit ilə ailəsinin yaşadığı Almaniyaya gedən məşhur türk aktrisa Fahriye Evcen “Instagram” hesabından yeni foto paylaşıb. 
 
Primetime.az xəbər verir ki, “hide” (gizləmək) şərhini yazaraq paylaşım edən Fahriyenin fotosuna minlərlə bəyənmə və şərh gəlib. Belə ki, sosial şəbəkə istifadəçiləri aktrisanın fotosuna “Maşallah”, “Qarnın çoxmu böyüyüb gizlməmisən?”, “Hamiləlik sənə yaraıb” tipli şərhlər yazıb.
 
Verilən digər bir məlumata görə, Evcen tamamilə təbii qidalarla qidalanır. 4.5 aylıq hamilə olan və oğlan övladı gözləyən aktrisa hamiləlik dövründə isə bəzi qərarlar verib. Belə ki, aktrisa mobil telefon vasitəsilə həyata keçirdiyi görüşləri azaldıb, yanında daimi olaraq radiasiyaya qarşı cihaz daşıyır və evdə ətir istifadə etmir. Burak Özçivit də xanımının və doğulacaq övladının sağlamlığı üçün Evcenin yanında telefonla danışmamağa çalışır.



Paylaş: