Oskar mükafat mərasimininin aparıcısı bəlli oldu
Tarix: 5-12-2018, 12:27



ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək 91-ci Oskar mükafat mərasiminin aparıcısı məşhur aktyor Kevin Hart olacaq.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor bu barədə "İnstagram" səhifəsində məlumat verib.
O, verdiyi açıqlamada uzun zamandır xəyalını qurduğu Oskar mükafat mərasiminin aparıcısı olaraq seçildiyini bildirib.
Aktyorun mükafat mərasiminin aparıcı olması Amerika Kino Sənətləri və Elmləri Akademiyasının "Twitter" hesabında da təsdiq edilib.
Qeyd edək ki, Oskar mükafatları fevralın 24-də ABC kanalında canlı yayımlanacaq mükafat mərasimində sahiblərini tapacaq.

Paylaş: