Gəzi parkı olayları: Məşhur aktyor həbs edilir
Tarix: 5-12-2018, 11:05



Türkiyənin məşhur aktyoru Məhməd Əli Alaboranın yaxalanması haqqında İstanbul məhkəməsi qərar çıxarıb.
Kult.az xəbər verir ki, aktyora qarşı Gəzi Parkı hadisələriylə əlaqədar Türkiyə hökumətini ortadan qaldırmaq və hökumətin vəzifəsini icra etməyə maneə yaratmaq ittihamları irəli sürülüb. Belə ki, İstanbul Prokurorluğu Alaboranın Gəzi parkı hadisələrindən öncə Gürcüstan və ərəb dünyasındakı inqilablara dəstək verən məşhur serb təşkilatı kimi tanınan OTPOR-un lideri İvan Maroviçlə İstanbul və Misirdə görüşdüyünü bildirib. Alabora ilə bərabər onun həyat yoldaşı Ayşə Pınar Alabora, Defnə Anter, yazıçısı Handan Məltəm Arıkan və reklamçı Mətin Osasogie Edomvonyi də Maroviçlə görüşüblər.
Prokurorluq həmçinin Gezi parkı hadisələrinin 2011-ci ildən planlaşdırıldığını, hətta Alaboranın bu tarixlərdə “Ayağa qalx, İstanbul” ifadələrinin işlədildiyi videolar yayaraq, bu hadisələrə hazırlaşdığını iddia edib.
Məhkəmə Alaboranı bir müddət öncə eyni maddə ilə həbs edilən Soros Fondunun Türkiyə nümayəndəsi Osman Kavala ilə əlaqələrdə də ittiham edib.

Paylaş: