Aktyordan Fəxrəddin Manafova sərt sözlər: "Əqidə baxımından Fuad müəllimə çatmaq mümkünsüz bir şeydir"
Tarix: 5-12-2018, 09:59



"Fəxrəddin Manafovun teatrdan getməyi haqqında yazdığım status mənə əziz olan həmkarlarımı əsəbləşdirib. Gəlin məsələyə daha ətraflı yanaşım. Əvvəla mən Fəxrəddin Manafovun şəxsiyyəti haqda heç nə yazmamışam, yazmaram da. Ən azından çörəyini yediyi və kinolarında çəkildiyi Rüstəm İbrahimbəyov haqqında son dediklərinə görə...".
Open.az xəbər verir ki, bu sözləri aktyor Hikmət Rəhimov "Facebook" hesabında yazıb. O, xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından uzaqlaşması barədə yazdığı statusa aydınlıq gətirib.
"O vaxt da nəsə yazmaq istədim, sonra lənət şeytana dedim. Fuad Poladovla Fəxrəddin Manafovun teatrdan getməyini müqayisə etmək belə ən azından sadəlöhvlük olar. Əqidə baxımından Fuad müəllimə çatmaq mümkünsüz bir şeydir. Fəxrəddin bəy indiyə qədər teatr və kino sahəsində baş verənlərə bir ziyalı olaraq heç vaxt münasibət bildirməyib. Açığı heç gözləmirdim də. Bildirdiyi tək fikir Rüstəm İbrahimbəyov haqqında olub. Öz işidir və marağıdır. Yəqin ki, marağı müqabilində mükafatnı da alıb ya da alacaq. İndiyə qədər bir gənc istetadlı insana dəstəyini də görməmişəm. Amma F.Manafov əsl aktyordur. Bunu danmaq nadanlıq olar və günahdır. Hər halı ilə bu insan teatrda olmalıdır. Çünki bu insanın peşəsini sevənlər var. Yeri gələndə onun teatrda nazı ilə də oynamalıdırlar. Bu baxımdan ehtiyacı olmasa belə, Fəxrəddin bəyə dəstək olmaq istədim və dəstəyəm də. Baxmayaraq ki, mən teatrdan gedəndə fikir də bildirmədi. Təkrar edirəm, məni düzgün anlayın, bizi tək-tək məhv edəcəklər, etdilər də.
Sonda bunu da qeyd edim ki, mən indiyə qədər Fəxrəddin Manafovla salamlaşmamışam. Buna da əsasım var. Bir kiçik olaraq yaşca böyük aktyora dəstəyəm. Çünki teatr sistemi həmkarlarımı çürüdür. Özünüzü qoruyun, bir-birinizi satmayın! Onsuz da çox azsız".
Qeyd edək ki, Fəxrəddin Manafovun teatrdan getməsini ilk olaraq Hikmət Rəhimov yayıb.




Aktyordan Fəxrəddin Manafova sərt sözlər: Əqidə baxımından Fuad müəllimə çatmaq mümkünsüz bir şeydir

Paylaş: