“Bu cür görüntülərin tirajlanması ən böyük tərbiyəsizlik və gündəm boşluğudur”
Tarix: 4-12-2018, 09:21



“Milyon illərdir insanlarımız bir-birini sevib, xəyanət edirlər, amma…”

Bunu Moderator.az-a açıqlamasında yazıçı İradə Tuncay, həyat yoldaşının ona xəyanət etdiyi üçün videosunu çəkib sosial şəbəkələrdə paylaşan kişinin əməlinə münasibət bildirərkən deyib:

“Bu cür görüntülərin tirajlanması cəmiyyətimizdə ən böyük tərbiyəsizlik və gündəm boşluğudur. Hadisənin necə və harda olmasını heç kim dəqiq bilmir, amma belə şeylərin yayımlanmasını qəbul etmirəm. İnsanlar milyon illərdir bir-birini sevirlər, xəyanət edirlər və bununla bağlı əsərlər də yazılıb, filmlər də çəkilib, nə olsun. Bu, nəyi dəyişib? Ümumiyyətlə, ailədaxili problemləri ictimailəşdirməyin nə xeyri var? Bu dəqiqə televiziyalarımız da ancaq ailədaxili münaqişləri ictimailəşdirməklə məşğuldur, amma cəmiyyətin xeyrinə heç nə dəyişməyib, əslində daha da insanların tərbiyəsi pozulur və elə düşünürlər ki, hər şey etmək olar. Əvvəllər insanlar ailədaxili münaqişələri müzakirə edərkən səslərini çıxarmırdılar ki, qonşu eşidər, amma indi həmin hadisələri televiziyalarda danışırlar”. 

Paylaş: