Elvin 11 il sonra yenidən bunu etdi
Tarix: 3-12-2018, 15:16



Müğənni Elvin Abdullayev 11 il əvvəl oxuduğu "Səndən sonra" mahnısını yenidən səsləndirib. 

BiG.AZ-ın məlumatına görə, bəstənin musiqisi Aynur Adılqızına, sözləri Nüsrət Kəsəmənliyə məxsusdur. 

Elvin mahnısı ilə bağlı "11 il əvvəl oxuduğum bu mahnını izləyicilər məndən tez-tez istəyirdilər. Çünki bu, 2007-ci ilin ən hit bəstəsi idi. Mən də "Səndən sonra"ya yeni nəfəs qatdım və aranjiman etdirdim. Az da olsa dinləyiciləri 11 il əvvələ aparacam" sözlərini deyib.



Paylaş: