Bəyaz Hadisəyə sevgili olmağı təklif etdi
Tarix: 3-12-2018, 09:45



“O səs Türkiyə” müsabiqəsində maraqlı hadisə qeydə alınıb.
“Ölkə.Az” xəbər verir ki, performansı ilə jüri üzvlərinin diqqətini cəlb edən Arif Ərdoğanı komandasına əlavə etmək üçün jüri üzvləri arasında mübarizə başlayıb. Bu zaman isə Bəyazın Hadisəyə sualı hamını şoka salıb.
Yeni mövsümdə “O səs Türkiyə” müsabiqəsinə jüri kimi daxil olan Bəyazıtın zarafatları dünən axşam yayımlanan seriyaya da öz damğasını vurub. Hadisə səhnədə olan iştirakçı Arifə vəədlər verdiyi vaxt Bəyaz ona yaxınlaşıb və deyib:
“Hadisə, mənimlə sevgili olarsanmı?”

Bəyazın bu təklifindən sonra Hadisə və tamaşaçılar çaş-baş qalıblar. Bəyaz isə Arifi öz komandasına əlavə etmək istəyən Hadisənin başını qatmaq üçün bunun bir zarafat olduğunu deyib. Hadisə isə 
“Məndən nə soruşurlar, soruşsunlar böyüklərə hörmət edərək dinləyərəm” cavabını verib.



Paylaş: