Niyə hamıya nümunə olmalıyam?
Tarix: 3-12-2018, 09:28



Danla Bilic uşaqlara pis nümunə olduğu üçün məhkəməyə verilib.
Youtube kanalında yayımladığı makiyaj videoları ilə məşhurlaşan Danla Bilic uşaqlara pis nümunə olduğu üçün məhkəməyə verilib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçən ay “Uşaqları istismar və sosial mediadan qoruma” dərnəyi youtuberlər - Kerimcan Durmaz, Enes Batur və Danla Bilici məhkəməyə verib. Buna səbəb kimi onların uşaqlara pis nümunə olmaları göstərilib.
Bu olaydan sonra yeni studiyasında çəkdiyi videoda Danla Bilic “Əsəblərimi pozdular. Çöldə dostlarmla danışanda da "səhv bir şey deyərəm" deyə düşünürəm. Evdə öz-özümə danışanda “Allahım, səhv bir şey dedimmi?” deyə fikirləşirəm. Bəsdir. Danışa bilmirik. Söhbət edə bilmirik. Hər şeyi fikirləşmək məcburiyyətində deyiləm! Müəllim deyiləm. Niyə hamıya nümunə olmalıyam?” – deyib.
Danla Bilic izləyicilərinə səslənib: “Hamınızı çox sevirəm. Mənə dəstək olsanız, rahat danışa bildiyim videolar çəkərəm”.

Paylaş: