Aygündən dünya ulduzlarına rəqib olacaq ŞOU
Tarix: 3-12-2018, 08:34



Estrada ulduzu yenə də sevənlərinin qarşısında...
 
UlduzumSan.Az xəbər verir ki, yenilikləri ilə hər zaman təəccübləndirən Azərbaycan şou - biznesinin öndə gedən isimlərindən biri, Azərbaycanın xalq artisti, estrada ulduzu Aygün Kazımovanın uzun müddətdir hazırlaşdığı "Duy" adlı konsert proqramı baş tutub. "Elektra Events Hall"un səhnəsində baş tutan gecədə müğənni şouları ilə yadda qalıb. Hər mahnısı üçün fərqli rəqs hazırlayıb, libas dəyişən A.Kazımovanı əcnəbi rəqqaslar müşayiət ediblər.
 Müğənni gecədə tamaşaçıları ilə çox az söhbət edib, 3 saatını ancaqoxumağa həsr edib. Kazımova "30 ildir sizinlə birlikdəyəm".
Konserti "Я и ты" (Mən və sən) mahnısı ilə başlayan Aygün sonda dünya üzrə məşhur fransız DJ- David Vendetta ilə birlikdə ərsəyə gətirən "Duy" bəstəsini səsləndirib.
Elektra Events Hall-da Aygünlə birlikdə xüsusi musiqi qonaqlarlar məşhur fransız DJ- David Vendetta və özünəməxsus tərzi ilə dünyanın bir çox məkanlarında səhnənin  altını üstünə gətirən gürcü DJ Kahaberi və onun "Kahaberi" qrupu səhnəni çoşdurub.
Həmişəki kimi Aygünün peşəkar komandası onu yalnız qoymayıb. Gecə boyu davam edən konsertdə estrada ulduzu "Afffair" moda laboratoriyasının kreativ direktoru, Türkiyədə yaşayan tanınmış modelyer Rüfət İsmayılın hazırladığı üç fərqli libas geyinib. Konsert zamanı Aygünün bir qızılı modelli geyimi xüsusi fərqlənib. Aygün saç düzümünü Telmana, vizajını məşhur stilist Ruxaya həvalə edib.
Gecədə sənət dostları da A.Kazımovanı tək qoymayıblar. Konserti izləməyə gələnlər arasında bir çox məşhur da yer alıb.








Paylaş: