Canlı efirdə qalmaqal, Nazpəri verilişi tərk etdi
Tarix: 1-12-2018, 10:51



“Azərbaycanın Səsi” mahnı müsabiqəsinin ötən günkü buraxılışında qalmaqal yaşanıb. “Qafqazinfo” xəbər verir ki, proqramda iki münsif- xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb. 
Belə ki, əməkdar artist yarışmada tələbələrinin adını çəkməyən N. Dostəliyevaya sərt reaksiya verib: “Nazpəri xanım hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim “Qadasını aldığım” və “ Ömrümdən getmə” mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub.  Siz mənə bir qəpik də pul ödəməmisiz. Yanımda amma özünüzə bahalı ətirlər almısız. Mənə pul verən, səhnəyə çıxaran Brilliant Dadaşova olub. Siz mənə etməmisiz, tələbəyə nə edəcəksiz?”.
Xalq artisti, əvvəlcə Elzanın çıxışına gülüşlə reaksiya versə də, daha sonra verilişi tərk edib: “Mən yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm”.  



Paylaş: