Özcan Deniz Fahriye Evcenlə FOTOSUNU PAYLAŞDI
Tarix: 30-11-2018, 18:02



Türkiyənin məşhur müğənnisi və aktyoru Özcan Dəniz 4 illik keçmiş sevgilisi Fahriye Evcenlə fotosunu paylaşıb.
Publika.az xəbər verir ki, aktyor 2012-ci ildə çəkilən və Evcenlə baş rollarını paylaşdıqları “Evim sənsən” filmindən bir görüntünü izləyiciləri ilə bölüşüb.





Onun bu paylaşımı sosial mediada gündəm olub. Aktyor Burak Özçivitlə evli olan və ondan uşaq gözləyən Fahriye Evcenin fotosunu paylaşmasını yenicə ata olan müğənniyə yaraşdırmayıblar.





İkilinin hazırda başqa insanlarla evil olduğunu dilə gətirən izləyicilər “qiyamət yaxınlaşır” kimi şərhlər yazıb.





Qeyd edək ki, ikili “Evim sənsən” filmi tamaşaçılara təqdim edilməzdən qısa müddət öncə 4 illik münasibətlərinə son qoyulmuşdu. Özcan Deniz hazırda Feyza Aktan ilə evlidir və cütülüyn 1 oğlu var. Fahriye Evcen isə bir neçə aylıq hamilədir.



Paylaş: