Nura Suridən yeni “bomba” - Müğənni 18+ klipini təqdim etdi
Tarix: 30-11-2018, 17:42



Müğənni Nura Surinin ciddi səs-küy doğuracaq yeni klipinin təqdimatı olub.

Yenicag.az-ın məlumatına görə, müğənninin “Getmə” adlı mahnısının ekran versiyasına gənc rejissor Nuran Məmmədov quruluş verib.
Erotik kadrların yer aldığı klipdə Nuranın sevişmə səhnələri əks olunub. Klipin sonunda isə müğənninin canlandırdığı obrazın sevgilisi tərəfindən boğulduğu göstərilir.
Təqdimatla bağlı Yenicag.az-a açıqlama verən rejissor Nuran Məmmədov klipin çağırış xarakteri daşıdığını deyib:
“Bəzən qadınların gözünü sevgi tutur. Onlar kişilər tərəfindən aldadılırlar. Bu klipdə Nura həmin qadınları ayıq-sayıq olmağa səsləyir”.
Klip erotik görüntülərlə diqqət çəkir.

Paylaş: