“Qəm yeməyin, yaxşı olacaq" — Arif Babayev "Qarabağ"ın məğlubiyyəti barədə
Tarix: 30-11-2018, 13:11



Xalq artisti Arif Babayev Avroliqanın 5-ci turu çərçivəsində "Qarabağ"ın Bakıda "Sportinq"ə 1:6 hesabı ilə məğlub olmasından danışıb.
Sənətkar "Ölkə.Az"ın əməkdaşıyla söhbətində azarkeşlərə təsəlli də verib:
"Dünənki oyuna baxırdım. Nəticədən də xəbərim var.  "Qarabağ"la fəxr edirik. Fərəhlənməyək nə edək? Bilirəm, 6:1 uduzmuşuq. Belə də olur, elə də. Qəm yeməyin, yaxşı olacaq".

Qeyd edək ki, Qarabağ son turda səfərdə "Arsenal"ın qonağı olacaq.

Paylaş: