Rəqqasə Fatimənin ərinə doğum günü SÜRPRİZİ
Tarix: 30-11-2018, 10:54



Rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşının doğum günü münasibətiylə ona sürpriz hazırlayıb.
Publika.az xəbər verir ki, rəqqasə Fatimə evinin qapısını şamlar, gül ləçəkləriylə ürək şəklində bəzəyərək ərinə sevgisini ifadə edib.
O, bu fotonu İnstagramda paylaşaraq təbrik sözlərini belə bildirib: “Bu gün ailəmin dayağı olan həyat yoldaşımın doğulduğu gündür. Oğlumun atası, nə yaxşı ki, dünyaya gəlmisən. Hər zaman başımızın üstündə olasan”.
Xatırladaq ki, birinci evliliyindən Aydan adlı qızı olan F. Fətəliyevanın ikinci həyat yoldaşı ilə nikahdan Hüseyn adlı oğlan övladı var.

Paylaş: