21 yaşlı Cenner ən varlı məşhur oldu
Tarix: 29-11-2018, 18:00



"Forbes" dərgisi 30-dan az yaşı olan məşhurlar arasında sorğu hazırlayıb. Dərgidə ən varlı məşhurların siyahısı yer alıb. 

Axşam.az xəbər verir ki, onların il ərzində nə qədər gəlir əldə etdiyi açıqlanıb. Onluqda ilk beşlikdə idmançılar, musiqiçilər yer alıblar. 

Siyahının birincisi realiti-şounun qəhrəmanı, biznes-leydi Kayli Cenner olub. 21 yaşlı Cenner milyarder olmaq yolunda addımlayır. Onun bu il əldə etdiyi məbləğ 166,5 milyon dollardır. 

İkinci yerdə 27 yaşlı Ed Şiran olub. O, 110 milyon dollar gəlir əldə edib. Üçüncü isə braziliyalı Neymardır. Futboldan və müqavilə bağladığı brendlərdən Neymar 90 milyon dollar alıb. 

Siyahının dördüncüsü 28 yaşlı Teylor Svift olub. Onun gəliri 80 milyon dollardır. "The Weeknd" isə 57 milyon dollar qazancla beşinci sıradadır. 

Siyahıda daha sonra Ceyms Harden (46.4 milyon dollar), "The Chainsmokers"in solisti Dryu Taqqart (45.5 milyon dollar), Kanelo Alvares (44.5 milyon), Derek Karr (42.1 milyon) və Cordan Spit (41.2 milyon) yer alıblar.

Paylaş: