Murad və Ülviyyənin toy tarixi bəlli oldu
Tarix: 29-11-2018, 17:25

Aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəylinin toy tarixi bəlli olub.
UlduzumSan.Az-ın məlumatına görə, cütlüyün toyu dekabrın 3-də olacaq. Şəhər restoranlarından birində keçiriləcək gecəyə şou-biznes nümayəndələri, Murad və Ülviyyənin sənət dostları dəvət olunublar.
Qeyd edək ki, noyabrın 26-da Ülviyyənin xına mərasimi olub. Murad və Ülviyyə "Vicdan haqqı" serialının çəkilişi zamanı tanış olublar. Onların nişanı iyulda olub. Avqustda isə aktyorların nikah mərasimi baş tutmuşdu.
Paylaş: