Murat Boz Aslı Enverlə barışdığını təsdiqlədi
Tarix: 29-11-2018, 12:15



Türkiyənin məşhur müğənnisi Murat Boz sevgilisi Aslı Enverlə barışıb. 
 
Primetime.az xəbər verir ki, ifaçı ötən gün restorandan birindən çıxarkən kameralara tuş gəlib. Aparıcı Acun  Ilıcalı ilə şam edən Murat çıxışda jurnalistlərin suallarını cavablandırıb. O, “Aslı Enverlə yenidən barışmağınız doğrudurmu?” sualına “Bəli, barışmışıq və xoşbəxtik” – deyə, cavab verib.
 
Xatırladaq ki, 2,5 illik münasibətdən sonra cütlük bu ilin aprel ayında ayrılıb. Onların ayrılmasına səbəb Muratın aktyor Eser Yenenlerlə birlikdə parti verməsi və qızlarla əylənməsi olmuşdu.



Paylaş: