Kərim: "Elza məni öldürməklə hədələyir"
Tarix: 29-11-2018, 10:34



Müğənni Kərim Abbasov qalmaqal etdiyi əməkdar artist Elza Seyidcahanın onu ölümlə hədələdiyini bildirib. 
UlduzumSan.Az-ın məlumatına görə, ifaçı bunları deyib: "Deməli sizə danışım Elzanın məni döydürməklə hədələməsindən. Siz fikirləşin ki, qadın üzümə deyir ki, səni döydürəcəm və başına oyun açdıracam. Yanımda da Allah şahidi iki müğənni var idi.
Elza xala, (əslində nənəsən) məndən böyük olduğuna görə xala deyirəm. Nəinki sənin, hətta sənin əb-əjdadının başı üçün deyil məni döydürmək. Sənin başın qaçıb deyəsən. Onu başqa yerdə axtar. Ağıllı ol. Deyəsən şişmisən. Səninlə qanun qarşısında görüşərik. Görüm sən kimsən ki, məni döydürürsən. Azərbaycan Respublikasında yaşayırsan və qanunları düşün. Sonra başına nələr gələ bilər. Bu sənin üçün "xa-xa" oxumaq, ya da ki, itlərə konsert vermək deyil. Ya da ki, rəhmətlik İlhamə Quliyeva demişkən pulun çoxalıb, xərcləməyə yer tapmırsan.
Səni Rasim Balayev kimi sənətkar yudu sərdi. Yerində olsam, efirlərə çıxmazdım. Ona görə ki, Rasim Balayevi indiyə qədər belə əsəbi görməmişdim. Elza, mən sənin girdiyin kol deyiləm. Get başqa yerdə oyna. Bir daha deyirəm, bir az xodundan al. Yoxsa müvafiq orqanlar sənin xodunu alar".
Qeyd edək ki, E.Seyidcahan "ATV maqazin onlarla" verilişində Damlanın fotosunu cırıb, Kərim isə onu qınayıb. İfaçılar arasında qalmaqal bundan sonra başlayıb.

Paylaş: