“Çırpınırdı Qara dəniz”dən sonra “Cənab leytenant” “Savaşçı"da hansı tərzdə səsləndiriləcək?
Tarix: 29-11-2018, 08:38


Xalq artisti Azərin Türkiyənin çox məşhur seriallarından biri olan və Azərbaycanda da maraqla izlənilən “Savaşçı” filminə çəkilib. 

O, son seriyada hərbçilər üçün təşkil olunan ziyafətdə “Çırpınırdı qara dəniz” mahnısını ifa edib. Azərin ifasından sonra çıxışında “İnşAllah tezliklə bayrağımızı Qarabağda sancarıq” deyib. Hərbçilər müğənnini alqışlayaraq mahnını bir daha ifa etməsini istəyiblər. 

Qeyd edək ki, Azərinin bu ifası Türkiyə və Azərbaycan ictimaiyyətində də rəğbğtlə qarşılanıb. 
Lakin “Çırpınırdın, Qara dəniz”  “Savaşçı”da səslənəcək son musiqimiz olmayacaq. Çoxdandır ki, az qala, hamının dillər əzbəri olan “Cənab leytenant” mahnısının da filmdə ifa edilməsi gözlənilir. 

Amma necə? O da Azərin xanımın ifası kimi başdan-ayağa, müğənni tərəfindən səsləndiriləcək, yoxsa, fon musiqisi kimi oxunacaq?

Bu suala cavabı mahnının müəllifi, bəstəkar-şair, AYB-nin Hərbi-Vətənpərvərlik Komissiyasının üzvü Şahin Musaoğlu Moderator.az-a açıqlama zamanı bu cür cavab verib: 

“Azərin xanımın həmin ifasını çox sevirəm. Serialdakı ifasını isə  təəsüf,  izləyə bilməmişəm. O,  əlbəttə ki sənətdə öz sözünü demiş bir ifaçıdı. 
Həmin əsər Azərbaycan musiqi irsinin əvəzsiz nümunəsidir. Üzeyir bəy və Əhməd Cavad kimi görkəmli sənət dühalarının müştərək yaradıcılığı olan bu əsər  türk ictimaiyyətində çox sevilən və qürurla qəbul edilən sənət incisi kimi qarşılanıb.
 O ki qaldı mənim "Cənab leytenant" musiqimə, bu haqda əlavə bilgilərə malik deyiləm. Müqavilə bağlanandan sonra əlavə danışıqlarımız və ünsiyyətimiz olmayıb. Əsəri arxa fon kimi səsləndirilmək istədiklərini mənə bildirmişdilər.Başqa informasiyalar haqda bir fillkirim yoxdu”.


Paylaş: