Cem Yılmazdan Acun Ilıcalı bombası!
Tarix: 28-11-2018, 16:04



Cem Yılmaz Acun Ilıcalı haqda maraqlı açıqlama verib.
 
Primetime.az xəbər verir ki, məşhur komediya ustası Cem Yılmaz “Əmanət” filmində Acunun da rol aldığını bildirib. “Karakomik Filmlər” silsiləsində 4 film yer alacaq.
 
O, Acunun müəyyən qonarar qarşılığında filmdə yer alacağı xəbərini verərkən bunları deyib: “Bəli, həvəskar və maraqlı aktyorlara qarşı qapımız açıqdır. Onlara bacardığımız imkanı tanıyırıq və təbii ki, müəyyən məbləğ qarşılığında. Acun da bunlardan biri”.
 
Qeyd edək ki, Acun Ilıcalı bir neçə gün öncə Şeyma Subaşı ilə boşanıb. Onun adı isə Cem Yılmazın sevgilisi Defne Samyelinin qızı Deren Talu ilə hallanır.
 

Paylaş: