"Şəbnəm gözəl muğam ifaçısıdır, xalq mahnılarını da əla oxuyur" - Teymur Əmrah
Tarix: 28-11-2018, 15:43



"Şəbnəm Tovuzlu gözəl muğam ifaçısıdır".

BiG.AZ xəbər verir ki, bu sözləri əməkdar artist Teymur Əmrah deyib. O bildirib ki, Ş.Tovuzlu ifaçılıq üçün dünyaya gəlib:

"Şəbnəm xanımı çox sevirəm. O, gözəl muğam ifaçısıdır, bunun öhdəsindən çox gözəl gəlir. Biz peşəkar müəllimlər müğənni ağzını açan kimi bilirik ki, onun potensialı necədir. Bu xanım ifaçılıq üçün doğulub. Mən onu bəziləri ilə bir tuta bilmərəm. Gözəl ürəyi var".

Ş.Tovuzlu xoş sözlərə görə əməkdar artistə təşəkkürünü bu sözlərlə ifadə edib:

"Teymur bəy mənə dedi ki, sənin "Sevənlər ölməz deyirdin, ölürəm" mahnını dinləmişəm. Çox gözəl ifa etmisən. Amma onu mən deyən kimi də ifa etsən əla nəticə görəcəksən. Teymur Əmrah elə oradaca da mahnımı zümzümə etdi. Demək istəyirəm ki, o, bütün ifaçılar üçün örnəkdir. Fəxr edirəm ki, T.Əmrah bu gün mənə dəyərli məsləhətlərini verir. Allah ona sağlığı versin".



Paylaş: