Ceki Çanın qızı qadınla evləndi
Tarix: 27-11-2018, 09:06



Cütlüyün toyu bu il noyabrın 8-də Toronto şəhərində baş tutub.
ABŞ və Çin aktyoru Ceki Çanın 19 yaşlı qızı Etta U Çjolin 31 yaşlı kanadalı model qadın Endi Otomla nikah bağlayıb.
AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, nikah haqqında şəhadətnamə İnstagram səhifəsində paylaşılıb.
"Əgər siz heç vaxt sevgidən imtina etməsəniz və bu hissi çoxdan arzu etdiyinin ailə qurmağa yönəltsəniz, ürəyinizin təmizliyi xoşbəxt olmağa köməklik göstərəcək. Sevgi xeyirxahdır, o mühakimə etmir. Sevgi əsil gücdür". U Çjolin belə yazıb.
Paylaşılan fotonun altında sevgililərin Honkonqa qayıdacağı haqda məlumat da qeyd olunub.
Cütlüyün toyu bu il noyabrın 8-də Toronto şəhərində baş tutub.
Bi müddət öncə Etta U Çjolin vurğulayıb ki, atası qadınla evlənəcəyinə ona etirazını bildirib və evdən qovub.
Xatırladaq ki, Ceki Çanın oğlu Ceysi 2015-ci ildə narkopriton saxladığına görə istintaqa cəlb edilib.

Paylaş: