"Sevgisiz həyat çox çətindir" - Renka
Tarix: 12-08-2017, 09:34


"Çox piardan qaçıram. Etdiyim işi göstərməyi sevirəm. Yeniliklərimlə gündəmə gəlmək istəyirəm. Dedi-qodu mənlik deyil".
 
Bu sözləri tanınmış rəqqasə Renka Ulduzumsan.Az-a açıqlamasında deyib. Rəqqasə  qalmaqaldan uzaq olmağa çalışdığını söyləyib. 

Renka sevgidən də danışıb. O bildirib ki, qəlbi boş deyil:

"Sevgisiz həyat çox çətindir. Bir insana aşiq ola bilərəm. Ürəyimə birini yerləşdirirəm, oranı qıfıllayıram. Qıfılı son nəfəsimə qədər bağlayıram. Açarın heç kim tapa bilməz, çətindir".

Paylaş: