“Bu qədər nifrəti hardan almısız?”
Tarix: 26-11-2018, 10:24



“Ciddi danışırsan, yazırlar ki, özündən razıdırlar. Gülüb danışırsan, yenə də narazıdırlar. Yazırlar ki, sünidirlər və başqa bir şeylər. Paltar geyinirsən, mütləq bir səhv axtarıb tapırlar və o mövzuya yapışırlar. İngiliscə bir söz deyəndə normal qarşılayırlar, rus dilində bir söz dedinsə, vəssalam... Hərə bir söz deyir. Amma çoxu istəyir ki, onların uşaqları rus dilini də bilsinlər”. 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Nigar Camal instaqram səhifəsində yazıb.  O, şənbə günü “Zaurla Günaydın” proqramına qonaq olarkən söylədiyi fikirləri, onunla birgə efirdə olan məşhurları tənqid eənlərə cavab verib:
Nə vaxtsa, nədənsə razı qalacaqsınız? Bu qədər neqativ və nifrəti hardan almısız? Bəyənmirsinizsə, baxmayın, kefinizi pozmayın. Sevmirsizsə, izləməyin.  Oksana (Rəqqasə Oksana Rəsulova) kökəlib? Arıqlayacaq da. Ana olandan sonra ilk ayda ideal bədənə sahib oldunuz? Afaqı (red- aparıcı Afaq Gəncəli) xoşlamırsız? Niyə o, həyatda sevinməməlidir? Ağlayan bayquşları görməyə öyrəşmisiz. Qəmdən heç kim ölmür. Günay (aparıcı Günay Baxşəliyeva) sizi nə ilə qane etmədi? Mehribanlığı və pozitivliyi ilə?”.



Paylaş: