Azərbaycan “Eurovision”da neçənci oldu?
Tarix: 26-11-2018, 09:53



Xəbər verdiyimiz kimi, ötən gün “Junior Eurovision” mahnı müsabiqəsinin finalı baş tutub. 20 ölkə nümayəndəsi qalibiyyət uğrunda mübarizə aparsa da, birinci Polşa təmsilçisi Roksana Wegiel “Anyone I Want To Be” mahnısı ilə olub.O, onlayn səsvermədə 217 xal toplayıb. 
“Qafqazinfo” xəbər verir ki, həmyerlimiz Fidan Hüseynovna da “Mins Arena”da səhnəyə çıxaraq  “I Wanna Be Like You” mahnısını canlı olaraq ifa edib. 
Onu səhnədə dörd rəqqasə müşayiət edib.  Fidan 47 səs toplayaraq 16-cı yerdə qərarlaşıb. 





Azərbaycan isə səslərini bu ölkələrə verib:
Rusiya- 12 bal
Belarus- 10 bal
Qazaxıstan- 8 bal
Fransa- 7 bal
Avstraliya- 6 bal
Malta- 5 bal
İtaliya – 4 bal
Ukrayna- 3 bal
Gürcüstan- 2 bal
Albaniya- 1 bal

 



Paylaş: