“Onunla bu gün də yaradıcı planlar cızırıq, inanıram ki, həyata keçirəcəyik”
Tarix: 26-11-2018, 09:19



Dörd gün öncə  hazırda xaricdə çalışan professor, bəstəkar Cavanşir Quliyevin  doğum günü idi. Sosial  şəbəkələrdə ömrünün 69-cu ilinə qədəm bəstəkarın ünvanına  gələn təbriklərin ard-arası yox idi. 

 1950-ci ilin bu günündə Şəki şəhərində anadan olan bəstəkar hazırda fəaliyyətini Şimali Kiprdə davam etdirir. Oradakı Yaxın Doğu Universitetində pedaqoji fəaliyyətlə məşğuldu. 

Cavanşir Quliyev vətənpərvərliyinə, millətin kökəninə vurğunluğu ilə seçilən ziyalıdır. Azərbaycan milli marşının bəstəsi ona aiddir. Əməkdar incəsənət xadimi, professordur. 





Qeyd edək ki, ad günündən iki gün ötməsinə baxmayaraq, bəstəkaırn ünvanına bu gün də təbriklər gəlməkdədir.

Onun bir çox əsərlərinə televiziya tamaşaları və filmlərdə rast gəlirik. Ən çox çalışdığı rejissor isə yaxın dostu olan Ramiz  Həsənoğludur. 

Xalq artisti Ramiz Həsənoğlu Moderator.az-a açıqlamasında öz dostunu, bir çox işlərdə bərabər çalışdığı bəstəkarı təbrik edib:





Bizi  Cavanşirlə əvvəlcə  yaradıcılıq dostluğu birləşdirib. Birlikdə bir çox yaradıcı işlərə imza atmışıq. Sonradan isə yaradıcılıq dostluğundan şəxsi dostluğumuz başlandı. Artıq neçə illərdir ki, bu belə də davam edir. Neçə illərdir ki, istər kədərli, istər sevinci günlərdə bir-birimizin yanındayıq. Bu dostluq, sirdaşlıq indi də davam edir. Baxmayaraq ki, o, bir neçə ildir ki, ayrı ölkədədir, uzaqlardadı. Amma yenə də biz birlikdəyik. Mən həmişə  onunlayam, o da mənimlədir. Bu gün də danışırıq, düşünürük, planlar cızırıq. İnanıram ki, inşallah, gələcəkdə o planları həyata keçirə bilərik. Mən dostumu bir daha sizin vasitənizlə təbrik edirəm.”





Qeyd edək ki, Cavanşir Quliyevlə gələcəkdə də işləmək istədiyini bildirən rejissor bu istəyini hər zaman hər yerdə bildirib. 1980-90-cı illərdə bu iki yaradıcı şəxs Azərbaycan mədəniyyətində çox güclü tandem hesab olunurdu. R.Həsənoğlunun bir çox tamaşalarına məhz C. Quliyev musiqilər bəstələyib, bir çox məsələlərdə öz məsləhətlərini verib. 
Rejissorun ötənilki təbrikdə bu barədə kiçik bir xatırlamasını yenidən diqqətinizə çatdırırıq:
“Onsuz heç bir işimi təsəvvür etmirəm. Çünki o da mənimlə bərabər hüquqi müəllifdir. Yaradılan əsərlərdə- “Topal Teymur”, “Fatehlərin divanı”, “Ac həriflər”, “Sübhün səfiri”, “Cavid ömrü”-onun da böyük payı var. Cavanşir bəlkə də ən çox mənimlə işləyib, amma onun birlikdə çalışdığı başqa rejissorlar da olub. Onlarla da Cavanşirin xeyli dəyərli işləri var. Ümid edirəm ki, bu işlər yenə də davam edəcək. Hələ hər şey irəlidədir!”

Paylaş: