Aleyna Tilki sərxoş vəziyyətdə görüntüləndi: Sevgilisi ilə maşında..
Tarix: 24-11-2018, 12:00



Ötən həftə "Star olmur, star doğulur" sözləriylə gündəmə gələn Aleyna Tilki dünən gecə Asmalıməsciddə sevgilisiylə paparazzilərin kamerasına tuş gəlib.

BiG.AZ "Haberturk"-ə istinadən bildirir ki, İstanbul gecələrində əylənən Aleyna gizli kameralardan xəbərsiz olub.

Sərxoş olduğu gözə çarpan Aleyna Tilki hətta yanına gələn küçə çalğıçılarıyla da mahnı oxuyub əylənib.

Daha sonra Aleyna avtomobilə əyləşdiyi zaman paparazzilər yanına gənc bir oğlanın gələrək, sükan arxasına keçdiyini görüb. Dərhal kameralar Aleyna və sevgilisinin foto şəkillərini çəkib.

Jurnalistlərin "Yeni sevgilinizdirmi?" suallarını cavabsız qoyan Aleynanın kefi bir anda qaçıb. 
Cütlük dərhal avtomobili işə salaraq gecənin qaranlığında gözdən itib.



Aleyna Tilki sərxoş vəziyyətdə görüntüləndi: Sevgilisi ilə maşında... - FOTOLAR

Aleyna Tilki sərxoş vəziyyətdə görüntüləndi: Sevgilisi ilə maşında... - FOTOLAR

Paylaş: