Oksana ilə aparıcı Afaq canlı efirdə barışdı: "Elə vəziyyətdə idi ki, üstünə getmədim..."
Tarix: 24-11-2018, 11:59



İllərdir küsülü olan aparıcı Afaq Gəncəli və rəqqasə Oksana Rəsulova arasında buzlar əriyib.

BiG.AZ xəbər verir ki, hər iki xanım bu gün ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində qonaq olub. Onları aparıcı Günay Baxşəliyeva barışdırıb. A.Gəncəli Oksana ilə arasındakı problemə belə aydınlıq gətirib:

"Aramızda kiçik problem yaşanmışdı. Böyük bir şey deyil. Başa saldım ki, düz anlamayıb. Elə bir vəziyyətdə idi ki üstünə getmədim. Oksana haqqında efirdə müəyyən süjet getdi, bu isə onun xoşuna gəlmədi. Amma sonradan başqa süjet verdim ki, xətrinə dəyməsin, amma nəticədə inciklik oldu. Kaş ki olmazdı deyirəm".



Paylaş: