"Mübariz Mədətovun yasında iştirak edəcəyəm" — Xalq artisti
Tarix: 23-11-2018, 15:31



"Allah rəhmət eləsin. Yas mərasimi Bakıda olsa, iştirak edəcəyəm. Mən onu cəmi bir dəfə görmüşdüm, gəlib başsağlığı vermişdi".

UlduumSan.Az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında məşhur tarzən, xalq artisti Ağasəlim Abdullayev "Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müavini Mübariz Mədətov vəfat etməsindən danışarkən səsləndirib.

Qeyd edək ki, M.Mədətovun oğlu Xalid Mədətovun 2014-cü ildə sərxoş vəziyyətdə idarə etdiyi "Galendawagen" markalı avtomobillə törətdiyi qəza nəticəsində Ağasəlim Abdullayevin nəvəsini və həyat yoldaşını itirmişdi.

Paylaş: