Manaf gənc müğənnini pərt etdi
Tarix: 23-11-2018, 10:30



AzNews.az xəbər verir ki, sənətçi “Xəzər” televiziyasının “5\5” verilişində qonaq olub.
Manaf Ağayev verilişə dəvət olunan gənc müğənni Fəxrinin kostyumunun yaxasındakı gülü görüb “kişi gül taxmaz” deyə onu canlı efirdə pərt edib.
Fəxri isə “gülü stilist vurub” deyə vəziyyətdən çıxmağa çalışıb.

Manaf Ağayevin bu hərəkəti sosial şəbəkədə müzakirəyə səbəb olub. İzləyicilər “saçına kraska qoyan kişi gülə görə başqasını pərt etməz” - deyə Manafı qınayıblar.

Paylaş: