“Övladlarımın toyunun mətbuatda işıqlandırılmasını qadağan etmişəm...” - Xalq artisti...
Tarix: 22-11-2018, 09:08



“Əlbəttə ki, sənətkar öz malı-mülkü ilə deyil, sənəti ilə gündəmdə olmalıdır”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov əməkdar artist Baloğlan Əşrəfovun sənətçilərlə bağlı səsləndirdiyi fikirlərinə münasibət bildirərkən deyib. Xalq artisti bildirib ki, sənət olmayanda bəziləri bu cür gündəmə gəlmək istəyir:

“Əslində Baloğlan müəllim bizim ürəyimizdən keçənləri qeyd edib və mən də onunla eyni fikirdəyəm. Əlbəttə ki, sənətkar öz malı-mülkü ilə deyil, sənəti ilə gündəmdə olmalıdır. Heç vaxt imkan verməmişəm ki, evimi hansısa verilişdə reklam etsinlər. Özüm də sənətdə həmişə istəmişəm ki, bu cür qalım. Bəzilərinin sətəni olmayanda, başqa şeylərlə gündəmə gəlmək istəyirlər. 

Əməkdaşımızın “Olubmu ki, sizə belə verilişlərdən təklif gəlsin?”-sualına isə M.İbrahimov bu cür cavab verib:

“Əlbəttə, çox təkliflər olub ki, evimdə veriliş çəksinlər. Hətta birinci mənə zəng vurublar. Hamısına yüksək mədəniyyətlə cavab verib demişəm ki, nə mən, nə də ailə üzvlərim bunu istəmir. Hətta övladlarımın toyunun belə mətbuatda işıqlandırılmasını qadağan etmişəm”. 
 

Xatırladaq ki, əməkdar artist Baloğlan Əşrəfov “Show news” verilişdə bildirib ki, “Bu günə kimi nə saatımı, nə maşınımı, nə də evimi reklam etmişəm. Yalnız səsimi xalqa çatdırmaq istəyirəm”. 

Paylaş: