Beren Saat ekranlara qayıdır
Tarix: 21-11-2018, 12:47



Məşhur türkiyəli aktrisa Beren Saat ekranlara geri dönür.
Open.az xəbər verir ki, bu barədə "Netflix" Türkiyə məlumat yayıb.
Şirkətin sosial şəbəkə hesabında ikinci orijinal serialının yolda olduğu məlumatı paylaşılıb. Sözügedən ekran işində isə Beren Saatın rol alacağı bildirilib.
Aktrisa serialda baş rolu canlandıracaq. Beren Saatın yer alacağı serialının adı, heyəti və nə vaxt yayımlanacağına dair isə məlumat verilməyib.

Paylaş: