Ruhəngiz Allahverdiyeva doğum günündə — YAŞINI AÇIQLADI
Tarix: 21-11-2018, 12:18



Bu gün tanınmış müğənni, əməkdar artist Ruhəngiz Allahverdiyevanın doğum günüdür.
Müğənni "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, doğum gününü ailə üzvləri və yaxınları ilə qeyd edəcək:
"Ötən ad günüm ürəyimcə olmamışdı. Bu dəfə daha yaxşı olacağını gözləyirəm. Hazırda ad günümü keçirəcəyim restorandayam, bəzi yeməkləri özüm hazırlayıram. İstəyirəm ki, hər şey ürəyimcə olsun, qonaqlarım razı getsinlər".

Əməkdar artist ilk təbriki kimdən aldığını da açıqlayıb:
"İlk təbriki qızımdan almışam. Ondan sonra isə digər yaxın insanlar təbrik etdilər. Özümü çox gümrah, çox yaxşı hiss edirəm. Sanki 25 yaşım var. Amma rəsmi yaşımı gizlətməyi də xoşlamıram. Bu gün 63 yaşım tamam olur".

Paylaş: