İngilis gözəli dövlət işindən istefa verdi, televiziyanı seçdi
Tarix: 21-11-2018, 09:27



“Sevgi adası” verilişi ilə məşhurlaşan Zara MakDermott işlədiyi dövlət idarəsindən istefa verib.
“Ölkə.Az” xəbər verir ki, Zara televiziyanı çox xoşladığı üçün belə bir addım atıb.
Proqramda iştirak edəndə dövlət işçisi olan Zara böyük marağa səbəb olduğu üçün işindən istefa etdiyini açıqlayıb. Gənc ulduz siyasətdə ən çox Devid Kemeronu bəyəndiyini bildirib.
BBC-də bir verilişə dəvət edilən MakDermott Breksit və Avropa İttifaqı haqqında fikirlərini bölüşüb. Zara bildirib ki, sabiq nazir Ember Rud ilə birlikdə işləyib və onu baş nazir postu üçün güclü namizəd adlandırıb.
Artıq Zaranın İnstaqramda bir milyon izləyicisi var.












Paylaş: