"Şou-biznes məclisləri şit və duzsuzdur"
Tarix: 20-11-2018, 17:25



Müğənni Nadir Qafarzadə şou-biznes nümayəndələrinin keçirdiyi məclislərə getmir. 

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda ATV-də yayımlanan "Ən yaxşısı" proqramında deyib. O bildirib ki, heç bir qruplaşmaya daxil deyil:

"Mənim qruplaşmamda dörd nəfər var: iki oğlum, həyat yoldaşım və özüm. Tək olmuşam, tək döyüşürəm. Sənət aləmindəki məclislərdən qaçıram. Çünki orada şitlik, duzsuzluq var. Tamaşaçılarım deyir ki, mənə yaraşmaz. Nüşabə Ələsgərli ilə yaxınam, onunla bölüşürəm hər şeyi".

Paylaş: