Məşhur repçinin üç övladının anasının meyiti tapıldı
Tarix: 20-11-2018, 12:32



Aktrisa və model Kim Porterin meyiti öz villasında tapılıb.
“Ölkə.Az” xəbər verir ki, Kim repçi Pi Diddinin keçmiş sevgilisi və üç övladının anasıdır. Qadının meyiti Kaliforniyadakı villasında tapılıb. 47 yaşlı Kim və Diddi 13 il üç övladlarını birlikdə böyüdüblər.
Keçmiş modelin qəfil ölümü bütün yaxınları üçün gözlənilməz olub. “TMZ” portalının xəbərinə əsasən, son dövrlər Kim qripdən əziyyət çəkirdi  və pnevmoniya simptomları var idi. Ölümündən bir gün əvvəl Porter həkimi əlaqə saxlayıb və özünü pis hiss etdiyini bildirib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, Porterlərin evindən polisə daxil olan zəngə əsasən, ev sahibəsinin ürəyi dayanıb. Bir versiyaya görə, Kim kəskin ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Pi və Kim 1994-2007-ci illər arasında birlikdə olublar. Ayrıldıqdan sonra da münasibətləri yaxşı olub və üç övladlarını birlikdə böyüdüblər.








 

Paylaş: