“Damla sizdən qat-qat gözəl ifaçıdır”
Tarix: 19-11-2018, 17:14



Əməkdar artist Elza Seyidcahanla müğənni Kərim Abbasov arasında qalmaqal yaşanıb.  “Qafqazinfo” xəbər verir ki, buna səbəb əməkdar artistin həmkarı ilə birgə “Hər şey daxil” proqramına çıxmaması olub. 
Bu barədə verilişin aparıcısı Tolik (Tarix Əliyev) məlumat verib. Tolik “Elza xanım dedi ki, mən Kərim olan proqrama gəlmirəm və o, mənim statusuma uyğun biri deyil”-  deyə bildirib. 
Bundan sonra efirdə qonaq olan K. Abbasov Seyidcahana sərt bir şəkildə cavab verib: “Elza xanım, siz nahaq danışırsız. Mən nahaqın yox, haqqın yanındayam. Siz gözəl bəstəkarsınız, bunu hamı bilir. Damla sizdən qat –qat gözəl ifaçıdır. Kimin səviyyəli, kimin səviyyəsiz olduğunu xalq bilir. Bir dəfə yazdığınız qara-qura şeilərinizə baxın, görün insanlar sizi günə qoyurlar”. 
Xatırladaq ki, bir müddət əvvəl Elza Seyidcahan müğənni Damlanı tənqid etmişdi. Kərim isə əməkdar artistin açıqlaması ilə razılaşmayaraq Damlaya dəstək olmuşdu. 

VİDEO BURADA​​​

Paylaş: