“Düşündüm ki, bu həyat mənə lazımdır?”
Tarix: 19-11-2018, 17:11



Müğənni Dilarə Kazımova “Altın Kelebek” müsabiqəsinə namizədliyi çərçivəsində “Böyük dəyişim” proqramında ailə həyatı barədə danışıb.
Musavat.com xəbər verir ki, ifaçı boşanmasına qısqanclığın səbəb olduğunu deyib: “2014 mənim üçün böyük il idi. Avrovizyaya da, ərə də getdim. Ailə həyatım 2 il davam etdi. İnsanlar sevəndə, ailə quranda qarşısındakından daha çox şey tələb edirlər. Daha çox sevgi, diqqət gözləyir. Məndə isə bu alınmırdı, gah xaricə, gah çəkilişə gedirdim. Qısqanclıq, niyə gec gəldin söhbətləri məni yordu. Stressli günlər idi. O ətrafımda çox adam olmasını qısqanırdı. Vicdanlı insanam. Hər şeyi düşünürəm. Düşündüm ki, bu həyat mənə lazımdır? Mən sərbəst olmalıyam. İkimiz də qərara gəldik ki, ayrılaq. Beləliklə, ailə həyatımız bitdi. İndi gözəl münasibətimiz var”.
Qeyd edək ki, Kazımova Türkiyə vətəndaşı Mert Aslanla ailəli olub.

Paylaş: