Vüsalə Əlizadə əməliyyat olundu
Tarix: 19-11-2018, 12:14



Tanınmış aparıcı Vüsalə Əlizadə İstanbulda əməliyyat olunub.
Publika.az xəbər verir ki, “Dəb mənəm” verilişinin aparıcısının səhhətində problemlər yaranıb. Bunun üçün o, İstanbula yola düşüb.
Məlumata görə, özəl xəstəxanaların birində həyata keçirilən əməliyyat uğurla başa çatıb. Vüsalə Əlizadə hazırda müalicəsinə Türkiyədə davam edir.
Qeyd edək ki, Vüsalə uzun illər əvvəl böyrəyindən əməliyyat olub. O, hazırda anasının böyrəyi ilə yaşayır.





Paylaş: