Acun azərbaycanlı qıza görə Murat Boza: “Səni çiynimdə daşıyacam”
Tarix: 19-11-2018, 11:16



Türkiyənin “TV8” kanalında yayımlanan “O ses Türkiye” verilişi ötən günkü buraxılışı ilə gündəmə düşüb.
 
Primetime.az xəbər verir ki, səhnəyə çıxıb “Benim dünyam” mahnısını ifa edərək Murat Boz və Seda Sayanın ona dönməsinə səbəb olan azərbaycanlı iştirakçı Funda Göktaş, Acun Ilıcalının ortaya maraqlı iddia atmasına səbəb olub. Belə ki, Murat Bozun iştirakçını öz komandasına daxil edə bilməyəcəyini bildirən Ilıcalı, “əgər Fundanı öz komandana ala bilsən, səni çiynimdə daşıyacam” – deyib.
 
Murat Boz nə qədər F. Göktaşı razı salmağa çalışsa da, iştirakçı Seda Sayanı seçib.

Paylaş: