Mərhum nazirin nəvəsindən Rusiya səhnəsində MÖHTƏŞƏM PERFORMANS
Tarix: 19-11-2018, 10:28



Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin Sara Əliyeva ilə evliliyindən olan qızı Aliyə Rusiyada çıxış edib.
Publika.az xəbər verir ki, A.Əliyeva Rusiyanın "RU.TV" kanalında, 13-17 yaş arasında keçirilən “Во Весь Голос 2018” beynəlxalq musiqi televiziya müsabiqəsində iştirak edib. Bu barədə Aliyənin anası Sara Əliyeva sosial şəbəkədə məlumat verib. S.Əliyeva qızının komandasını dəstəkləyən və ona səs göndərən hər kəsə təşəkkür edib:
“Vaxtı ilə biz ilk musiqili layihə - “Фабрика звёзд” müsabiqəsini böyük maraqla izləyirdik, onda 17 yaşında idim, iştirakçılara çəkiliş meydançasında baxmaq imkanım olmuşdu. Bu, unudulmaz emosiyalar idi. Heç ağlıma gəlməzdi ki, vaxt gələcək və mənim 14 yaşlı qızım belə bir layihədə çıxış edəcək, mən isə layihəni tamamilə başqa formatda izləyəcək və tamamilə fərqli duyğular yaşayacağam”.
Xatırladaq ki, Aliyə Əliyeva çıxışlarının birində söyləyib ki, müğənni olmaq və beynəlxalq səhnələrdə çıxış etmək onun ən böyük arzusudur.
Məlumat üçün bildirək ki, “Во весь голос” istedadlı yeniyetmələrdən ibarət komandaların iştirak etdiyi musiqi müsabiqəsidir. Aliyə Əliyeva bu layihədə Emin Qədirovun qrupunda, həmvətənləri ilə birlikdə komanda şəklində çıxış edir.



Paylaş: