“Yaxşı ki, varımsan” dinləyicilərin ixtiyarında...
Tarix: 19-11-2018, 09:09



Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni Cəmil  yaradıcılıq susqunluğunu pozub.

Həmişə güclü və çalarlı səsi ilə diqqət çəkən Cəmil  “Yaxşı ki, varımsan” adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.  UlduzumSan.Az-a açıqlama verən ifaçı bu mahnısının da hit olacağına inandığını bildirib:

“Mahnını çox bəyəndim. Mahnını yaradan insanla bu, silsilə işimizdir. “Oralarda” adlı hitimin müəllifi də məhz odur. Nail Yusifov ancaq hit hazırlayır. Yeni mahnımız isə “Yaxşı ki, varımsan” adlanır. Bu mahnını ilk dinləmədən sevdim. Uğurlu işə görə bütün yaradıcı kollektivi təbrik edirəm. İnanıram ki, dinləyicilərin ürəyində özəl yeri olan mahnı olacaq”.
Xarizmatik müğənni “Yaxşı ki, varımsan” adlı mahnısı üçün fotoqraf Fərid Həsənovun fotokamerasının qarşısına keçərək maraqlı fotosessiya da etdirib. Cəmilin stili üzərində və layihənin prodüseri Elton Hacıyevdir.
Qeyd edək ki, söz və musiqisi, həmçinin aranjmanı Nail Yusifova məxsusdur.





Paylaş: