"Əlimdə imkan olsaydı Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım"
Tarix: 18-11-2018, 10:58



Milli Televizya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli telekanallarda bayağı verilişləri ən çox tənqid edən onun rəhbərlik etdiyi qurum olduğunu bildirib. Bir müddət öncə telekanal rəhbərləri ilə görüş keçirildiyini vurğulayan N.Məhərrəmli deyib ki, həmin görüşdə də bayağı verilişlərə son qoyulması ilə bağlı tövsiyələr verilib.


Moderator.az mövzunu davam etdirərək tanınmış naşçir, publisist Xeyrəddin Qocadan "Əlinizdə imkan olsaydı ilk növbədə hansı verilişləri bağlayardınız" sualına cavab alıb:


"Bilirəm ki, televiziyalarda şou verilişləri olmalıdır. Hətta bütün dünyada şou verilişlır var. Amma mənim əlimdə imkan olsaydı (mütləq "şou əhli" deyəcək ki, yaxşıdır, mənim belə imkanım yoxdur...), Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım! Niyə? Əvvəla, gördüyünüz kimi, neçə illərdir ekranlarımızda şou verilişlır gedir, hələ insanlar "şou" sözünü qəbul edə bilmirlır, hətta bu söz lağ obyektinə çevrilib! Çünki, bizim televiziyalarının şouları lağlağıdan başqa bir mənası olmayan, şit, bayağı, əttökən, ruslar demişkən, "protivni", tamaşaçıların (əlbəttə, səviyyəli yamaşaçıların) qətiyyən qəbul etmədiyi, baş qarışdırmaq üçün olan bir şeydir! Bunu bilərəkdən edirlər ki, camaatın başı qarışsın, onlar da öz "işlər"ini görsünlər...Aparıcılar nə qədər qeyri-səmimi, yüngül olarmış, nə qədər mənasız, məntiqsiz danışarmışlar? Yalançı müğənnilər, musiqiçilər nə qədər şəxsiyyətsiz hərəkətlər edərlərmiş? 
Azərbaycan televiziyalarının şou verilişləri (artıq, bu sözləri eşidəndə iyrənirəm!) hara, rusların şou verilişləri hara? 
Bir rus şousunda akademik çıxış edərək deyirdi ki,  "mən 40 kitabın müəllifiyəm, üzümü bütün insanlara tutub deyirəm ki, dieta saxlayıram füşüncəsi ilə özünüzü ac qoymayın. Bu ağır xəstəliklərə gətirib çıxarır". Deməli, bir elmi nəticəni öyrəndik. Bizim şoularda hansı akademikin, professorun və yaxud, tanınmış, hörmətli bir insanın ağıllı, lazımlı məsləhətlərini eşitmisiniz? 

Şoularımız haqqında çoxlu biabırçı faktlar söyləyə bilərəm. Ayıbdır, axı! Heç olmasa ağsaqqallardan, ağbirçəklərdən, ləyaqətli insanlardan çəkinmək lazımdır! Bir böyük-kiçik olmalıdır! Yaxşı, bu şouları ortaya-ərsıyə gətirənlər yüngüllüyü,  şitliyi, bayağılığı təbliğ edirlər, bunlara bir nəzarət edən-filan yoxdur? Televiziyaların sədrləri xalqın narazıllğını eşitmir, duymurlar?
Yeri ğəlmişkən, sosial verilişlər də bir-birinə bənzəyir. Vaxtilə, yeni yaradılanda məni də bir-iki verılişə dəvət etmişdilər və həmin verilişlərə getdiyim üçün indi də utanıram! Bu verilişlərdə insanlara yol ğöstərmək, əxlaq, tərbiyə nümunəsi ğöstərmək əvəzinə, tərbiyəsiz danışıqlar, mübahisələr, qayınana-gəlin mübahisələri, ah-nalələrdən başqa bir şey ğörmürük! Nəzərə alınmalıdır ki, bizim televiziyalara  başqa millətlər də baxır. Deməzlır ki, bu nə biabırçılıqdır?  Bəzi kişilərimiz, qadınlarımız niyə ailələrini başsız qoyub evdın gedirlər? Sonra da özlərinə haqq qazandırmaq üçün qışqıra-qışqıra danışırlar, həyasızlıq nümayiş etdirirlər? Bəlkə verilişdən əvvəl  belələri ilə söhbət aparmaq, onlara danışıqlarına müəyyən hədd qoymaq tapşırılmalıdır? Kim həddini aşırsa, nümayişkaranə şəkildə onu verilişlırdın uzaqlaçdlrmaq lazımdlr ki, başqalarına da dərs olsun?
Əksinə, çox vaxt aparıcılar özləri lazımsız yerə iştirakçıları qızışdırırlar ki, veriliş "baxımlı" olsun. Axı, bizim tamaşaçıların bəziləri dava-dalaşı seyr etməyi sevir! Aparıcılar elə düşünürlər ki, bu reytinq gətirir, onun verilişlərinə baxırlar! Qoy onlar bilsinlər ki, bir balaca intellekti olan adamlar belə verilişlərə baxmaq istəmir!
Özünü prokuror, müstəntiq, hakim kimi aparan aparıcılar televiziyalardan uzaqlaşdırıllmalıdır!
Mollalar, bəzi din xadimləri mənasız, məntiqsiz danışıqları ilə tamaşaçıları bezdiribər! Onların xüsusi danışıq tərzi bizi narahat edir. Bu, dilimizə hörmətsizlikdir! Ekran mollaxana, yaxud məscid deyil! Hərənin öz yeri olmalıdır! Hansı-birini deyək, axı!"

Paylaş: