Müğənni qızıl yedi
Tarix: 17-11-2018, 10:04



Küveytli müğənni İssa əl-Mərzuk, “Snapchat”ında qızıl folqa ilə örtülmüş ət parçasını həzm etməsinin görüntülərini yayımlamaqla sosial şəbəkə istifadəçilərinin hiddət və nifrət hədəfinə çevrilib. 

Moderator.az-ın ərəbdilli Alanba.com nəşrinə istinadla verdiyi xəbərə görə, video dərhal “Tvitter”ə ötürülüb və istifadəçiləri belə rəzil israfçılığa görə müğənnini “yuyub sərib”lər.  Videoda Marzuk üçün saf qızıldan olan qiymətli folqaya bükülmüş steykin  hazırlanması və sonra sənətçinin onu  iştahı ilə udması təsvir edilir.





“Tvitter” istifadəçilərini yalnız ərəb müğənninin öz elit yeməyi ilə  qürrələnməsi faktı deyil, həm də İssanın qızıl folqanı ətdən ayırmadan birlikdə yeməsi hiddətləndirib.
Küveytli müğənni  müzakirələrdən kənar qalmayaraq öz tənqidçiləri haqda düşündüyü hər şeyi söyləməklə özünə haqq qazandırmağa çalışıb:





"Mən ağac və ya metal yeyə bilərəm, bu, sizin işiniz deyil, bu, mənim mədəmdir. Siz dua edirsiniz ki, mən bundan xəstələnim? Nə üçün? Məndən daha dindar olduğunuzu iddia etməyin. Əgər belə olsaydınız, məni təhqir atəşinə tutmazdınız..”  

Moderator.az-ın “You Tube” kanalı vasitəsi ilə əldə etdiyi digər, təxminən 15 dəqiqəlik  videoda küveytli sənətçinin gündəlik həyatının digər harın epizodlarıyla yanaşı, sözügedən qızıl yemək məqamı da daha geniş təsvir edilib. İssanı hansı ölkədə olduğu bilinməyən elit restoranlardan birinə daxil olarkən türk dilində “Xoş gəldiniz, abicim, evinizə xoş gəldiniz” deyə qarşılayan türk xidmətçi müxtəlif ləziz xörəklərin dadlı tikələri kimi, qızıllı steykin də ilk tikəsini ərəb müğənniyə öz əli ilə yedizdirir. 
Məlum olduğu kimi, İslamda israfçı, harın bir həyat tərzi günah sayılır və o cümlədən müsəlmanlara qızıl və gümüş qablardan yemək qadağan edilir. 

P.S. Rəhmətlik Mirzə Babayevin “Bəyin oğurlanması” filmindəki təbiri ilə desək, o qızıl yeyən “əjdaha”dan bizdə niyə yoxdu. Yoxsa çoxdan var, bilmirik?..



Paylaş: