“Maşın şou”dan imtina edən məşhurlarımız kimlərdir?
Tarix: 16-11-2018, 15:20



Xəbər verdiyimiz kimi, “Maşın şou”nun 17-ci sürətinin yayımlanma tarixi bəlli olub.
 
Primetime.az-ın əldə etdiyi məlumata görə, ATV-də yayımlanacaq verilişin ilk efir günü dekabr ayına təsadüf edəcək. 18 gün davam edəcək verilişdə  iştirakçı heyətinin ilkin siyahısı hazırdır. Əldə etdiyimiz məlumata görə 30 yaxın insana təklif göndərilib. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da.
 
Təklif edilənlər arasında müğənni Sevda Yahyayeva da var. Amma ifaçı işlərinin çoxluğundan şouda iştirak etməkdən imtina edib. Təklifdən imtina edən digər şəxslərdən biri də CVN TV-nin baş prodüseri Ülvira Qarayevadır. O, həftənin 7 günü işdə olduğuna görə bu təklifə müsbət baxmayıb. İştirakçı kimi adı hallanan digər məşhur isə müğənni Əhməd Mustafayevdir. Gənc müğənni Aysun İsmayılova isə nə hə, nə də yox cavabını verib. Belə ki, o, yenicə doğulmuş əkizlərin səhhətində yaranmış problemə görə qərarsız qalıb.

Paylaş: